BölgəCəmiyyət

Rusiyada azərbaycanlı 1 milyon rubl taparaq bu pulu yiyəsinə qaytardı

Rusiyanın İrkutsk vilayətində yaşayan meyvə satıcısı Şamxal Gözəlov və bir taksi sürücüsü yolda bir milyon rubl taparaq onu sahibinə qaytarıblar.

Aznews.tv-nin verdiyi məlumata əsasən, 28-yaşlı Şamxal dostu ilə banka gedərkən oradan əlində paket tutan bir adamın çıxdığını görür.

Həmin adam maşına oturarkən paket əlindən  düşüb.

Gözəlov təxmi edib ki, paketdə olan puldur. Həmyerlimiz paketi götürüb və içində bir milyon rubl olduğunu görüb. Bu səbəbdən Şamxal dərhal taksiyə oturaraq həmin şəxsin dalınca düşüb.

Çoxlu sayda siqnal verməsinə, işıq yandırmasına baxmayaraq öndəki maşının sürücüsü saxlamaq istəməyib, əksinə onlardan uzaqlaşmağa çalışıb.

Nəhayət, Gözəlov maşın gedə-gedə pəncərəni açaraq, digər şəxsə pul ilə dolu paketi itirdiyini başa salmağa müvəffəq olub. Bunu görən digər sürücü maşını saxlayıb. Anonim qalmaq istəyən şəxs uzun müddət ərzində həmyerlimizə minnətdarlıq bildirib. Gözəlovun təkidli etirazlarına baxmayaraq onu öz maşınına oturdub və şərab dükanından ona 15 min rubl qiyməti olan konyak alıb və hədiyyə edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button