AzərbaycanİranMəqalələr

8 may – Güneyli Tələbələrin Etiraz Günü

Bu gün 1995-ci ilin 8 may tarixində baş tutmuş azərbaycanlı öyrəncilərin etiraz aksiyasının xatirəsinə həsr edilib.

Həmin ildə yaz bayramı ərəfəsində İran radio və televiziyası tərəfindən Tehran şəhərində bir anket paylanılıb.

Farslara paylanılan sorğu anketində onlara aşağıdakı suallar verilib:

1. Evlənmək niyyətiniz olsa, bir türklə evlənərsinizmi?;
2. Qızınız olarsa, onun bir türklə evlənməyinə razı olarsınızmi?;
3. Aşura və Tasua kimi mərasimlərdə türklərin məclislərinə və dəstələrinə qoşularsınızmi?;
4. Əgər almaq istədiyiniz evin qonşuluğunda türklər yaşasalar, onların mərasimlərində iştirak edərsinizmi?;
5. Bir türklə bir otaqda otaq yoldaşı kimi yaşamağa razı olarsınızmı?;
6. Türklərin çoxluq təşkil etdikləri məhəllədə yaşamağa razı olarsınızmı?;
7. Bir türklə get-gəl etmək, onu evinizə qonaq çağırıb və evinə qonaq gedərsinizmi?

Bu suallar azərbaycanlı tələbələrin etirazlarına səbəb olub.

Xüsusilə Azərbaycan türkləri bu anketin onları təhqir etdiyini düşünüb, ona qarşı reaksiya verdilər. Bu aksiyaların əsas aparıcı qüvvəsi isə azərbaycanlı tələbələr idilər.

Nəticədə 1995-ci ilin 8 may tarixində Təbriz, Urmiya və Tehran universitetlərindəki azərbaycanlı tələbələr etiraz aksiyaları keçiriblər.

Bu 1979-cu il inqilabından sonra tələbələr tərəfindən planlaşdırılan və baş tutan bu qəbildən olan ilk genişmiqyaslı aksiya kimi yadda qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button