Azərbaycanİran

Tikantəpənin xain deputatı yerli vəzifəliləri işdən qovur

Qərbi Azərbaycanın Tikantəpə rayonun xain deputatı Həsən Himməti yerli vəzifəliləri işdən qovaraq Azərbaycanın torpaqlarına göz dikmiş etnikləri yerləşdirir.

Təkab və Şahindej (keçmiş Tikantəpə və Sayınqala) rayonlarının deputatı rayonların Azərbaycan türklərindən olan vəzifəlilərinə təzyiq edib işdən qovaraq kürdləri onların yerinə vəzifəyə gətirir.

O cümlədən, Süleymanın Taxtı (keçmiş Suğurlu) beynəlxalq abidə  kompleksinin müdirini qovaraq Sənəndəc (keçmiş Sınandaş) sakini, milliyyətcə kürd olan Məhəmməd Əminianı onun tutduğu vəzifəyə keçirib.

Azərbaycan türkü olan Əmir Mətlubi kompleksin idarəçiliyində illərlə stajı olduğu bir halda Məhəmməd Əminian bu sahədə ixtisas sahibi deyil.

Himməti kürd terrorist qrupları ilə sıx əlaqələrə də malikdir. O cümlədən, həmin terrorist qruplarda yüksək yer tutan Mansur və Məhəmməd Rəhimian onun əsas məsləhətçiləri hesab olunurlar.

O, həmçinin azərbaycanlı aktivistlərin “Tikantəpənin Birlik Səsi” Kompaniyası ilə himayə etdikləri və Tikantəpə Şəhər Şurasına seçilmiş Behzad Ərcməndini şəhər şurasına üzvlükdən uzaqlaşdırıb.

Himməti ötən 4 il ərzində yüzlərlə yerli Azərbaycan türkünü şəhərin müxtəlif idarələrindən, o cümlədən banklar, səhiyyə və  müalicə şəbəkəsindən kənarlaşdırmaqla terrorist qrupların tövsiyyə etdikləri etnikləri onlarla əvəz etdirib.

İranın hakimiyyəti Azərbaycan türklərinə zidd olaraq Güney Azərbaycanın Qərbi Azərbaycan Əyalətində kürdləşdirmə siyasəti yürüdür.

Nəticədə kürdlərə mənsub terrorist qruplar, o cümlədən Həsən Himməti Azərbaycanın Tikantəpə və Sayınqala rayonlarında at oynadırlar.

Related Articles

Bir cavab yazın

Back to top button