Azərbaycan

Təbrizdə qadın və kişi parklarının ayrılmasına başlandı

Bundan öncə Tehranda tətbiq olunan qadın və kişi parklarının ayrılması işi Təbrizdədə tətbiq olunmağa başlayıb.

Təbrizin Məşrut parkının ortasından divar çəkərək qadınlar və kişilərin eyni parkda gəzməsinin qarşısı alınıb və bununlada parklarda gender ayrı-seçkiliyi uyğulanıb.

Güneyli sosial media istifadəçiləri hökumətin bu addımını taliban hökumətinin əməlləri ilə müqayisə edib və bunu vətəndaşlara qarşı təhqir kimi dəyərləndiriblər.

Qeyd edək ki, bir neçə gün bundan öncə Tehran şəhərinin 20 parkında eyni iş görülüb və Tehran Şəhər Şurasının üzvü Nasir Amani bunun başqa parklarda da həyata keçirilməli olduğunun vacibliyini bildirib.

 

Related Articles

Bir cavab yazın

Back to top button