İran

İranın 7 şəhərində havanın çirklənməsi intensivləşib

İranın 7 böyük şəhərində havanın çirklənməsi daha da çoxalıb. Məsələ ilə bağlı Havaşünaslıq Təşkilatı ölkənin Tehran, Təbriz, Məşhəd, İsfahan, Ərak, Qum və Kərəc şəhərində havanın kəskin çirklənəcəyi barədə bildiriş edib. Havanın çirklənməsi şaxisi şənbə günü səhər Tehran ustanının bəzi bölgələrində, Şəhri Reyin Baqirabad bölgəsində 200-ü keçib, Tehranın bəzi bölgələrində isə 186-dan çox olub. Tehranın Urjansı önümüzdəki həftənin bütün günləri üçün hazırlıq vəziyyəti elan edib. İztirari komitələrin birgə öyrətiminə əsasən, bu göstərici 150 və ondan yuxarı olduqda, çirklənmənin davamlılığı ön görüldükdə şəhərlər bağlanmalıdır.
Eyni zamanda, Tehran ustandarının ümran üzrə müavini Əbdürreza Çırağəlinin sözlərinə görə, son 10 gündə şəhərdə hava çirkliliyinin azaldılması üçün görülən tədbirlər təsirli olmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button