Azərbaycan

Təbrizdə çörək yenidən bahalaşdı

Sosial media istifadəçiləri bunun öncədən elan olunmadan baş verdiyi yazıblar.

Yerli sosial media istifadəçilərinin yaydıqları məlumatlara görə, aprelin 27-dən öncədən elan olunmadan çörəyin qiymətinin bahalaşması satıcılarla alıcılar arasında narazılıqlara səbəb olub.

Onlar bahalaşmanın rəsmi elan olunmadan bir sıra bölgələrdə müşahidə edildiyini, əlaqədar qurumların isə bu barədə açıqlama vermədiklərini yazıblar.

Rəsmi qurumların çörək və un məmulatlarının bahalaşması ilə bağlı açıqlama vermələrinə baxmayaraq, İranda unun qiymətinin 5 dəfə bahalaşması bunun baş verəcəyinin qaçılmaz olduğunu göstərir.

İranın Un İstehsalçıları Birliyinin rəisi Məhəmmədrza Murtəzavinin mediaya verdiyi açıqlamasına görə, ölkədə un məmulatları istehsalçıları və digər bu cür müəssisələr üçün satılan unun qiyməti 5 dəfə artıb.

O, unun bahalaşması nəticəsində çörək sexlərinə satılan unun hər kilosu 2500 tüməndən 12 min tümənə yüksələcək.

Onun sözlərinə görə, qiymətlərin artımı makaronun 2 dəfə bahalaşmasına səbəb olacaq.

qeyd edək ki, iki həftə bundan öncə Güney Azərbaycanın Zəngan əyalətində çörəyin kuponla satılması təkilfi reallaşıb və bölgənin bir çox yerlərində çörəyin kuponla satılmasına başlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button