Azərbaycanİran

İranda yoxa çıxan tələbənin anası: “Yaxın günlərdə…”

“Ürəyimə damıb ki, yaxın günlərdə Fəriddən xəbər alacam”. 

Bu sözləri Cebhe.info-ya açıqlamasında iki aya yaxındır İrana səfər edən və barəsində heç bir məlumat olmayan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. Almaniyanın Yena Universiteinin məzunu Fərid Səfərlinin anası Fəridin axtarışları ilə bağlı heç bir yeniliyin olmadığını bildirib:

“Heç bir yenilik yoxdur. Amma Fərid gedəndən yuxuma girmirdi, 2-3 öncə oğlumu yuxuda görmüşəm. Ürəyimə damıb ki, yaxın günlərdə Fəriddən xəbər alacağam”. 

Xatırladaq ki, bu il Almaniyanın Yena Universitetində magistr təhsilini başa vuran Fərid Səfərli fevral ayının 20-si Almaniyadan İrana gedib. Bundan öncə Dilarə Əsgərova saytımıza açıqlamasında bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub. Fərid Səfərli İrana tanış olduğu qızla görüş üçün gedib. Lakin martın 4-dən ondan heç bir məlumat almaq mümkün olmayıb. Anası Dilarə Əsgərova oğlunu Almaniyada, İranda axtarıb. İranın Almaniyadakı səfirliyinə müraciət edib.

İranda oğlunun tanış olduğu qız haqqında heç bir məlumat ala bilməyən ana vəkil vasitəsilə İranın hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət ünvanlayıb. Ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Bundan sonra Fərid Səfərli barədə hər hansı məlumat almaq mümkün olmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı İranın Azərbaycandakı səfirliyinə martın 9-da nota ünvanlayıb. Nazirliyin notasına hələ cavab verilməyib. (Cebhe.info)

Related Articles

Bir cavab yazın

Back to top button