Dünya

Yəmən husiləri ABŞ esminesinə hücum edib

Yəməndə husilər Ədən körfəzində “Islander” ticarət gəmisinə, həmçinin Qırmızı dənizdə ABŞ-ın esminesinə hücum edib.

Bunu təşkilatın hərbi nümayəndəsi Yəhya Sariya deyib.

“Yəmən donanması bir neçə gəmi əleyhinə raketin köməyi ilə Ədən körfəzində Britaniya gəmisi “Islander”ə qarşı əməliyyat keçirib. Qırmızı dənizdəki Amerika esminesi bir neçə pilotsuz təyyarənin köməyi ilə hücuma məruz qalıb”, – Sariya bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button