Dünyaİran

Suriyada SEPAH-a bağlı hədəflər vurulub

ABŞ hərbi hava qüvvələrinin qırıcıları Suriyanın Şərqində yerləşən SEPAH və ona bağlı silahlı qruplaşmaların bazalarına zərbələr edindirib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, bu İrana bağlı qüvvələrin Suriya və İraqda ABŞ hədəflərinə cavabdır.

Cavab zərbələrinin F-15 qırıcıları vasitəsilə həyata keçirildiyini deyən ABŞ müdafiə naziri Lloyd Ostin,  bunu “şəxsi müdafiə” adlandırıb.

O, deyib ki, BŞ personalının təhlükəsizliyi Co Bayden üçün prioritetdir və o, hava zərbələrinə göstəriş verməklə ABŞ-ın özünü, şəxsi heyətini və maraqlarını müdafiə edəcəyini açıq şəkildə bildirdi.

“Xalqımız və maraqlarımızın təhlükəsizliyi üçün daha ciddi addımlar ata bilərik”,- Ostin xəbərarlıq edib.

Müdafiə naziri eyni halda gərginliyin atmasında maraqlı olmadıqlarını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button