Azərbaycanİran

Urmiya gölü yatağında gölün quqrudulmasına etiraz edərkən yaxalanan fəallar sərbəst buraxılıblar

sentyabrın 17-də Urmiya gölü yatağında gölün quqrudulmasına etiraz edərkən yaxalanan fəallar sərbəst buraxılıblar.

Yaxalanan azərbaycanlı milli-mədəni fəallar Əli Hacməhəmmədi, Həsən Rəvani və Adil İskəndəri ittihamları izah etmək üçün dünən Ümumi və İnqilab Prokurorluğunun 10-cu istintaq bölməsinə aparılıblar.

Sonra Ümumi və İnqilab Prokurorluğunun 10-cu istintaq bölməsinin müstəntiqi işi öyrəndikdən və fəalların ifadələrini dinlədikdən sonra onların bərbəst buraxılması barədə göstəriş verib.

Yaxalanan azərbaycanlı fəalların yaxınlarının verdiyi məlumata görə, onlar rejimin məmurları tərəfindən döyülərək işgəncəyə məruz qalıblar..

Qedy edək ki, sentyabrın 17-i günortadan sonra saat 18:00-da bir qrup azərbaycanlı milli-mədəni fəal qurumuş Urmiya gölünün yatağında gölün ortasından keçən “Kəlantəri” körpüsünün yanında toplaşaraq gölün qurudulmasına etiraz edib.

Related Articles

Bir cavab yazın

Back to top button