İran

Ermənistan yetkililəri: İran Xankəndiyə enerji tədarük etməyə davam edir

İrana bağlı yanacaq tankerlərinin Ermənistandakı özəl şirkətlərə neft məhsulları çatdırmasından sonra bu nəft məhsulları Laçın üzərindən Xankəndiyə daşınır.

Tehranın İran nəqliyyat şirkətləri, sürücüləri və vətəndaşlarının Azərbaycan Cumhuriyyətinin Qarabağ və Laçın bölgələrinə girişini qadağan etməsi ilə bağlı öhdəlik götürməsinə baxmayaraq, İran Qarabağın ermənilər yaşayan hissələrini dolayı yolla enerji ilə təmin edir.

İran ötən illərdə Qarabağın enerjiyə olan ehtiyacının böyük bir qismini birbaşa təmin edirdi, ancaq 44 günlük savaşdan sonra bölgəsəl ilişkilərin dəyişməsi ilə durum bir az da çətinləşib.

Məlumatda bildirilir: “Qarabağın erməni əhalisi hələ də enerjiyə olan ehtiyacının böyük bir qismini İranın nəft məhsullarını daşıyan erməni özəl şirkətlərinin yanacaq tankerləri ilə təmin edir”.

Related Articles

Bir cavab yazın

Back to top button