Dünyaİran

Amerika kiberhücumlara görə 10 şəxsə və iki İran qurumuna sanksiya tətbiq edib

Sentyabrın 13-də Amerika Maliyyə Nazirliyi kiberhücumlarda iştirak etdiklərinə görə, 10 fiziki şəxsə və iki İran qurumuna sanksiya tətbiq edib.

Nazirlik açıqlamasında bildirib ki, sanksiya tətbiq edilən şəxslər və qurumlar İnqilab Keşikçiləri ilə əlaqəlidir və onlara sanksiya tətbiq edilməsində məqsəd Amerika vətəndaşların kiberhücumlardan qorumaqdır.

Amerika Maliyyə Nazirliyi bildirir ki, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Federal Polis kimi qurumlarla əməkdaşlıq edərək, ən azı 2020-ci ildən bəri Amerika qurumlarını və başqa ölkələri hədəf alan kiberhücumların iranlı təşkilatçılarına sanksiya tətbiq edib.

Maliyyə Nazirliyi bildirir ki, bu gün sanksiya tətbiq edilən qrup dünya ölkələrinin, xüsusilə Amerikanın və Yaxın Şərqin təşkilatlarına və rəsmilərinə, diplomatlara, Müdafiə Nazirliyinin əməkdaşlarına, habelə media və enerji sektorları da daxil olmaqla özəl sənayelər, ticarət və kommunikasiyanı hədə alblar.

Related Articles

Bir cavab yazın

Back to top button