DünyaİranSiyasət

İran yeni raket kompleksini nümayiş etdirdi

İran özünün yeni “Bavar-373” zenit-raket kompleksini nümayiş etdirib.

Aznews.tv xəbər verir ki, rəsmi Tehran bu raketlərin Rusiyanın “S-300” kompleksləri ilə rəqabət apara biləcəyini bəyan edib.

Ölkənin Müdafiə sənayesi günündə keçirilən tədbirdə president Həsən Ruhani də iştirak edib.

Qeyd edək ki, bu kompleks hələ 2017-ci ildə sınaqdan keçirilib və “Sayad-4” raketləri ilə təchiz olunur.

Kompleks 300 km məsafədə hədəfləri müəyyən etmək, 200 km məsafə və 27 km hündürlük oranında onu məhv etməyə qadirdir.

İranın müdafiə naziri Əmir Hatəminin sözlərinə görə, ölkəsi qeyri-konvensional raketlər istehsal etmək fikrində deyil, buna görə də kompleksin səmərələliyini dəqiqlik və sürət hesabına qaldırır.

İranın raket proqramı ABŞ və İsrailin sərt tənqidi ilə üzləşib.

Məhz bu sahədə Tehranla müvafiq sazişin olmaması Donald Trampın İranla “nüvə anlaşmasını”pozmasına səbəb olmuşdu.

Yeni kompleksin nümayişi Fars körfəzində müşahidə olunan gərgin vəziyyət fonunda baş tutub.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button