Azərbaycan

Türk dili ən çox danışılan dillər sırasında 5-ci yerə yüksəlib

Bir zamanlar ilk 10-luqda belə olmayan türk dili dünyanın ən çox danışılan dilləri sırasında 5-ci yerə yüksəlib. Bu uğurun arxasında Yunus Əmrə İnstitutu dayanır. İnstitut xaricdəki 60 mədəniyyət mərkəzində minlərlə insana türk dilini tədris edir. Beləliklə, türk dilini öyrənənlərin sayı günü-gündən artır. Hazırda dünyada təxminən 250 milyon insan türkcə danışır.
2021-ci ilin “Yunus Əmrə və Türk dili ili” elan olunması ilə bərabər Yunus Əmrə İnstitutu türk dilini və türk mədəniyyətini dünyaya tanıtmaq, həmçinin yaymaq səylərini daha da gücləndirir. Suriya isə tədqiqatların mərkəzində duran ölkələrdəndir. Yalnız Suriyada deyil, həm də Türkiyənin xarici siyasətinin təsirinin hiss olunduğu Libi, Somali və Balkan kimi ölkələrdə, habelə dünyanın fərqli yerlərində türk dilinə böyük maraq var.
Türk dilinin dünyanın ən çox danışılan dilləri sırasında irəli pillədə yer alması bu dilin əhəmiyyəti və mühüm rola malik olması ilə ilgilidir. Bu barədə Yunus Emre İnstitutunun başçısı Prof. Dr. Şeref Ateş “CNN TÜRK” televiziyasına müsahibə verib. Professor açıqlamasında 60 min şəxsə onlayn şəkildə türk dilinin tədris olunduğunu vurğulayıb. Şeref Ateş deyib ki, hazırda 500 mindən çox insan institutun veb-saytının köməyi ilə bu dili öyrənir. Bundan başqa, institutun xaricdə 60 mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyi vurğulanıb. Başda Afrika olmaqla, 10 yeni mərkəzin də açılması planlaşdırılır. Azezdə açılan mərkəzin isə yetərli olmadığı bildirilib. Hazırda 5 təhlükəsiz bölgədə türk dilinin tədrisi həyata keçirilir.
“Dünyada bu dilin əhəmiyyətini yenidən artırdıq. Türkiyəyə maraq artdı. Yalnız Türkiyəyə yaxın coğrafiyada deyil, Latın Amerikası, Uzaq Şərq, Ərəb ölkələrində fərqli səbəblərdən türkcə öyrənmək istəyi var “, – deyə Prof. Dr. Şeref Ateş söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button