Dünya

İRQÇİLİYƏ QARŞI KEÇİRİLƏN TƏZAHURATLARDA POLİS YARALANDI

İngiltərədə irqçiliyə qarşı keçirilən təzahuratda polislərlə etirazçılar arasında qarşıdurma yaşanıb.
Londonda Amerika səfirliyi önündə başlayan etiraz Vəzirlər Kabineti binası qarşısında davam edib.
Məlumata görə, nümayiş zamanı etirazçılar polisə butulka və daş atıb. Nəticədə bir polis başından yaralanıb.
Şəhərin digər nöqtələrində də polis avtomobilləri daşlanıb.
Qeyd edək ki, bir neçə gün öncə baş verən etirazlarda qarşıdurma yaşanıb. Həmin vaxt onlarla etirazçı saxlanılıb, ən azı 14 polis yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button