Dünyaİran

Türkiyə şiələrinin rəhbəri İranın Azərbaycanla bağlı mövqeyini tənqid edib-Video

Türkiyə şiələrinin tanınmış lideri İranın Azərbaycan Cumhuriyəti ilə bağlı mövqeyini tənqid edərək deyib: “Danışmaqla olmaz. Gəlin İsrailin bu bölgədə olduğunu göstərin, hələlik ki orada kimsə yoxdur və hər yerə min basdırılıb. Əgər belə bir şey isbat olunarsa, biz də etiraz edəcəyik”.

Səlahəddin Özgündüz İrana səslənərək bildirib: “Bu nə hekayədir ki, böyük dövlətlər kiçik ölkələrlə zor gücü ilə danışır və şirin quyruğundan, başından dəm vururlar”.

O qeyd edib: “Bu qələbə günlərində bu cür gərginliyin yaradılmasını düzgün saymıram. Gərginlik yaradan hər kəs haqsızdır, bunlara son qoyun, bu sözlər bir-biri ilə ən yaxşı münasibətləri olmalı olan iki qardaş ölkəyə yaraşmaz”.

“Azərbaycan şillə vurulacaq zəif ölkə deyil və biz son savaşda da bunu gördük, Azərbaycanın zəfərindən bir il keçir və Allah bu zəfəri əbədi etsin”,-deyə o vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button