İran

Robert Mali: İran atom bombası hazırlamağa yaxınlaşsa, Amerika sakit dayanmayacaq

Amerikanın İran üzrə özəl nümayəndəsi “biz atom anlaşması ilə ziddiyyət təşkil edən təhrimləri ləğv etməklə anlaşmalara qayıtmağa hazırıq” deyib.

Robert Mali habelə bildirib ki, əgər İran gələn həftə atom anlaşmasına qayıtmaq üçün danışıqlara qatılmasa və atom silahı hazırlamağa “çox yaxınlaşsa”, Amerika əlini əlinin üstünə qoyub gözləməyəcək.

Mali “National Public Radio”-ya açıqlamasında deyib: “Əgər onlar atom silahı əldə etməyə yaxınlaşsalar, biz mütləq sakit dayanmayacağıq”.

O, eləcə də bildirib ki, biz təhrimləri ləğv etməklə razılaşmaya qayıtmağa hazırıq. İran isə anlaşmaya qayıtmaq istəsə, bu ölkə üçün yol açıqdır.

“İran sözügedən razılaşmaya qayırmaq istəməsə və indiki prosesi davam etdirsə, yəni diplomatiya masasından çıxmaq və atom proqramını sürətləndirmək istəsə, o zaman biz ona lazımı cavabı verəcəyik”, – deyə sonda Robert Mali vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button