Dünyaİran

Urmu zindanında iki məhbus edam edildi

Bu gün, 3 culay səhər saatlarında Urmu şəhər zindanında saxlanılan iki məhbus dar ağacından asılaraq edam edilib.

Onlar dünən zindanının infiradi bölümünə köçürülmüşdülər.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Nasir Azmudə və Şəhryar Əmiri adlı iki məhbus uyuşdurucu maddə qaçaqçılığı ittihamına görə asılıblar.

Hələlik İran mətbuatı sözügedən edam barədə hər hansı bilgi yaymayıb və xəbər rəsmi qurumlar tərəfindən təyid edilməyib.

Uluslararası Əfv Təşkilatı 2020-ci ildə dünya üzrə edamlarla bağlı illik raporunda İranın 246 edamla dünya miqyasında qeydə alınan edamların yarısından çoxunu həyata keçirdiyini bildirib.

Təşkilat 21 avril çərşənbə günü dünyadakı edamlara dair yaydığı son raporunda, 2020-ci ilə qədər 18 ölkədə 483 edamı qeydə aldığını və İranın edamların yüzdə 88-nin həyata keçirildiyi dörd ölkə arasında olduğunu açıqlayıb.

İnsan Haqları Təşkilatına görə, İranda ölüm hökmləri “ədalətsiz mühakimə” və “məcburi etiraf” prosesindən sonra basqı və işgəncə altında verilir və icra olunur.

Bildirək ki, bu rapora əsasən, İranda icra edilən edamların yüzdə 72-i barədə məhkəmə orqanı və ölkənin rəsmi mətbuatı məlumat vermir.

İnsan haqları təşkilatları bu edamları “gizli edam” adlandırırlar.

Related Articles

Bir cavab yazın

Back to top button