İran

İranda sel daşqınları böhranlı vəziyyət yaradıb

Son günlər aramsız yağıntılar nəticəsində İranın Sistan-Bəluçestan vilayətində meydana gələn sel və daşqın nəticəsində yaranmış böhranlı vəziyyət davam edir.

Son günlər aramsız yağıntılar nəticəsində İranın Sistan-Bəluçestan vilayətində meydana gələn sel və daşqın nəticəsində yaranmış böhranlı vəziyyət davam edir.

“Aznews tv” xəbər verir ki, sel daşqınları nəticəsində Sistan-Bəluçestan vilayətinin yalnız Konarək şəhərində iki mindən çox evi su basıb, həmin evlərin 70 faizi yararsız hala düşüb.

Konarək şəhərinin başçısı Əbdülqafur Hut deyib ki, daşqına məruz qalan evlərin mənzil əşyalarının 90 faizi tam yararsız hala düşüb.

Onun sözlərinə görə, hazırda daşqın nəticəsində onlarla şəhər və kəndin, o cümlədən Çabahar, Konarək, Sərbaz, Nikşəhr, Dəştyari, Fənuc, Qəsrqənd və Delqana gedən yollar bağlanıb, elektrik xətləri sıradan çıxıb, evlərin bir çoxunu su basıb.

Qeyd edək ki, İranın Qızıl Aypara Cəmiyyətinin Yardım və İmdad Qurumunun rəisi Mehdi Vəlipur yanvarın 4-də Sistan-Bəluçestan vilayəti də daxil olmaqla ölkənin 14 vilayətində sel və daşqınlar nəticəsində ən azı 8 nəfərin həyatını itirdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button