İqtisadiyyat

VİRUSDAN ƏN ÇOX ZƏRƏR GÖRƏN İŞ SAHƏLƏRİ MƏLUM OLDU

Koronadan Ən Çox Zərər Görən iş yerləri açıqlanıb.

Koronadan Ən Çox Zərər Görən iş yerləri açıqlanıb.
Avtomobil sənayesininə 78 milyard dollar zərər dəyib. Turizm bəxşində yüzdə 70 azalma və sağlamlıq işçilərinə fiziki və zehni ziyan, kovid-19-un dünya iqtisadiyyatına verdiyi böyük zərərin yalnız bir hissəsidir.

İranın Təavün, İş və İctimai Rifah vizarətxanası tərəfindən nəşr olunan altıncı raporunda, virus böhranının iqtisadın fərqli sahələrinə böyük təsirləri olduğu vurğulanıb. Məlum olub ki, turizm, əkinçilik, avtomobil və geyim sənayesi, qida xırda satım, ümumi urjans xidmətləri, təhsil, sağlamlıq, müalicə mərkəzləri ciddi ziyana uğrayıb.

Beynəlxalq Əmək Təşkilatı Koronavirusun 11 iqtisadi və özəl sənaye sahələrinə təsirləri üzrə ilkin qiymətləndirməsini açıqlayıb.
Təxminlərə görə dünyanın ümumi daxili məhsulunun yüzdə 10,5-ni təşkil edən turizm sənayesinin yüzdə 45-70 azalacağını gözlənilir. Bu sahədə işləyən 319 milyon insanın çoxunun qadınlar və gənclər olduğunu nəzərə alsaq, onların dəstəklənməsi vacibdir.
Turizm bəxşində olduğu kimi əkinçilikdə də qadınlar işçi qüvvəsinin böyük hissəsini oluşdurur. Burada çalışanların ümumi sayı bir milyarda çatır, əksəriyyəti ictimai təminata malik deyil.
Geyim sənayesi də karxanalar və dükanlar bağlandığı üçün ciddi şəkildə təsirlənib. Buna əlavə olaraq, artan işsizlik və gəlirlərin azalması, dünyanın bəzi aparıcı geyim karxanalarında sifarişlərin ləğvinə və ya tolidin yüzdə 80-dək dayandırılmasına səbəb olub.
Xırda satış sahəsində işlərin artmasına baxmayaraq, aşağı əmək haqqı və iş saatlarının artması ilə basqı altındadır. Bu sektorda çalışanlar ictimai məsafəni qorumaq üçün bir çox tövsiyələrə əməl edə bilmir və bir çoxunun qoruyucu vasitələrdən istifadə imkanları yoxdur.
Polis quvvələri, Urjans və Təcili Tibb mərkəzləri, və ictimai Xidmətlər koronavirusla mübarizənin başında durur. Bu insanların fiziki sağlamlıqları təhlükədə olmaqla yanaşı, çoxu rəvani problemlərdən əziyyət çəkir.
Dünyada 1.5 milyarddan çox öyrəncinin təhsili korona böhranı səbəindən dayandırılıb. Dörddə üçdən çoxu qadınlardan ibarət olan bu bəxşdə çalışan işçi qüvvəsi də təsir altında qalıb. Onların böyük bir hissəsi müvəqqəti müqavilələrlə işləyir və işsizlik haqqı ala bilmir. Bu sahədə müəllim və təlimçilərlə birlikdə idari kadr, təmizlik işçiləri və bufədə isləyənlər də var.
136 milyon insan Sağlamlıq və müalicə sahəsində çalışır. İşləyənlərin yüzdə 70-i qadınlardır. İş saatlarının artması və işçi sayısının az olması ilə meydana gələn problemlərə yanaşı, bu bəxşin bir çox işçisi, qoruyucu təchizatlara sahib deyil və on minlərlə insan korona virusa tutulub
İki milyon musafir avtomobilinin, Avtomobil fabriklərin tolid proqramından çıxardılması ilə bu şirkətlərə təxminən 78 milyard dollar zərər dəyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button