Azərbaycanİran

Milli fəallar öldürülən fəal Mehran Şikarinin ailəsi ilə görüşüblər

Qərbi Azərbaycanın Sulduz (Nəqədə) şəhərinin bir qrup fəalları əyalətin Qoşaçay şəhərindən olan və Kərəcdə hökumət məmurları tərəfindən öldürülən fəalın ailəsinin görüşünə gediblər.

Ailəyə baş sağlığı verən milli fəallar Mehran Şikarinin yolunun davamlı olcağı, onun qanının yerdə qalmayacağı və azərbaycanlı gəncin qatillərinin səbəbkarları və buna göstəriş verənlərin cəzalandırılacaqları vaxta az qaldığını deyiblər.

Yoxsul ailədən olan Şikarinin evinin divarlarına “Ucaman bir insanın varlığına inanan gözlər, onun yoxluğuna necə inansın” məzmunlu plakartlar asıblar.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Qoşaçy (Miyandab) şəhərindən olan Mehran Şikari noyabrın 4-də Kərəc şəhərində hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı gənc şairə Hədis Nəcəfinin 40 mərasimində güllələnib.

O, noyabrın 8-də Qoşaçay şəhərində torpağa tapışırılıb. Dəfn mərasimində polis qüvvələri ilə yanaşı çox sayda mülki geyimli təhlükəsizlik və SEPAH məmurları mərasimə nəzarət edib, yas mərasiminin tez başa çatması üçün ailəyə təzyiq göstəriblər.

İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, İranda etraz aksiyaları başlayandan bu günə kimi 50-i uşaq olmaqla 330 nəfər öldürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button