İran

Xoyda silahlı qarşıdurmadan İki nəfər ağır yaralanıb

Batı Azərbaycan əyalətinin Xoy şəhərində silahlı qarşıdurma baş verib. Olay Batı Azərbaycan əyalətinin Xoy şəhərinin Mübahisələrin Həlli Şurası İdarəsinin beşinci bölməsi qarşısında olub.

Baş verən silahlı toqquşma və atışmada iki nəfər ağır yaralanıb. Yaralananların biri məhkəmə vəkili və biri isə qadındır.

Olay ilə bağlı verilən rəsmi məlumatda isə, atışmanın ailə münaqişəsi zəminində baş verdiyi, vəkilin xəsarət almadığı qeyd olunub.

Xoyun dadsitanı Həmid Səmədzadə və şəhərin polis rəisi sərhəng Cəlil Musəvi hadisəni təsdiqləyib və silahlı şəxsin saxlanılması üçün tədbirlər görüldüyünü bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button