Bölgə

Yair Lapid: “Tehran dünyanı aldadır, biz lazım gələrsə İrana qarşı təkbaşına hərəkətə keçəcəyik”

İsrailin xarici işlər naziri Yair Lapid dekabrın 27-də Vyanada nüvə danışıqlarının 8-ci mərhələsinin başlanması ilə bağlı mediaya açıqlamasında ölkəsinin İrana qarşı təkbaşına hərəkətə keçəcəyi barədə xəbərdarlıq edib.

Lapid deyib ki, İsrail beynəlxalq bir əməkdaşlıq çərçivəsində İrana qarşı addım atmağa üstünlük verir.

“Lakin bu mümkün olmasa İsrail lazım gələrsə İrana qarşı təkbaşına hərəkətə keçəcək.

Biz, İranın nüvə proqramı barədə sənədli məlumatların bir hissəsini müttəfiqlərimizə təqdim etmişik. Bu sənədlər bizim mövqeyimiz və ya təhlilimiz deyil. Bunlar İranın sistematik şəkildə dünya birliyini aldatdığını sübut edən müəyyən məlumatlardır.

İran İslam Respublikasının Vyana danışıqlarına qatılmaqda və hər hansı bir nüvə razılaşmasının əldə olunmasında yeganə məqsədi, sanksiyaların ləğv edilməsi və bunun ardıncə əldə edəcəyi milyardlarla dollar xarici valyutanı nüvə proqramının inkişafına sərf etmək, eləcə də Livan “Hizbullah”ı kimi terrorçu qruplaşmalara və dünyanın dörd bir küncündə fəaliyyət göstərən digər terror şəbəkələrinə yardım etməkdir.

İsrail İranla yaxşı bir razılaşmanın əldə olunmasının əleyhinə deyil. Lakin biz sadəcə olaraq, İranın nüvə fəaliyyətlərinə və onun maliyyə mənbələrinə, eləcə də onun maliyyə dövriyyəsinə və İrana bağlı olan terror şəbəkələrinə nəzarəti təmin etməyən hər hansı bir razılaşmaya qarşıyıq”, -deyə İsrailin xarici işlər naziri Yair Lapid bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button