İran

SEPAH İranda daha iki etnik bəluçu güllələdi

Aprelin 25-də Sistan və Bəluçestan vilayətinin Xaş şəhərində daha iki etnik bəluç vətəndaş İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri tərəfindən güllələnib.

Bəluç fəallarının media orqanı xəbər verir ki, pərakəndə yanacaq alveri ilə məşğul olan bəluçların avtomobilləri xəbərdarlıq edilmədən atəşə tutulub. Nəticədə Monir Məhəmmədzehi adlı şəxs yerindəcə ölüb, Rəşid Nuti Zehi isə ağır yaralanıb.

Bəluç fəallar Xaş şəhər Polis İdarəsinin sözügedən iki şəxsin uyuşdurucu qaçaqmalçıları ilə SEPAH və polis gücləri arasında silahlı toqquşmada səhvən vurulduqlarına dair iddiasını əsassız sayır və hər iki şəxsə xəbərdarlıq edilmədən birbaşa atəş açıldığını bildiriblər.

Qeyd edək ki, Bəluç Fəalları Kampaniyasının 2021-ci illə bağlı yaydıqları hesabata görə, ötən il İranda etnik bəluçlara qarşı SEPAH və polis qüvvələri xəbərdarlıq etmədən 52 dəfə atəş açıb və nəticədə biri qadın, ikisi azyaşlı olmaqla ən azı 48 nəfər ölüb, 29-u yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button