Dünya

PUTİN SURİYADA DAHA ÇOX NİZAMİ QƏRARGAHLAR YARADI

Rusiya prezidenti, imzaladığı fərmanla ölkənin Difa Vəzirliyi və Xarici İşlər Vəzirliyinə, Suriyada daha çox nizami qərargahların qurulması ilə bağlı Dəməşq məqamları ilə danışıqlara başlamasına icazə verib.
Bu fərman Putinin Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimovu “Prezidentin Suriya üzrə xüsusi nümayəndəsi” postuna irəli çəkməsindən bir gün sonra imzalanıb. Təhlilçilər bunun Rusiyanın Suriyadakı gücünü möhkəmləndirməsinə və adi diplomatik kanallardan yan keçməsinə imkan verəcəyini bildirirlər.
Rusiya prezidenti Vladimir Putin, Suriyada rus nizami qərargahları üçün daha geniş ərazi və daha çox əmlak təmin etmək hədəfilə Dəməşq dövləti ilə danışıqlar aparmaq üçün Difa Vəzirliyinə tapşırıq verib. Moskonun habelə dənizdə daha çox ərazidən istifadə etmək istəyəcəyi bildirilir.
Rusiyanın Suriyada iki daimi nizami qərargahı var. Bura Suriya rejimi müxaliflərinin kontrolunda olan bölgələrə ölümcül həmlələrin edildiyi Hmeymim hava paayqahı və Tartus şəhərində 49 illiyə icarəyə götürülən nizami dəniz qərargah şamil edilir.
Başqa tərəfdən, Avropa Birliyi Dəməşq dövlətinə qarşı təhrimləri uzadıb. Cümə axşamı Brukselin yaydığı açıqlamada belə bir təsmimin tutulması səbəbinin Suriya vətəndaşlarına qarşı basqı və zorakılığın artması göstərilib.

Related Articles

Bir cavab yazın

Back to top button