İran

Həmədanda 82 hektar ərazi yanıb

Həmədanın Təbii Qaynaqlar və Su İşləri İdarəsinin müdiri təkcə bu il baş verən 42 yanğında 82 hektar otlağın yandığından xəbər verib. İsfəndiyar Xəzayinin açıqlamasına görə, bu il ötən illə müqayisədə yüzdə 50 az yanğın baş verib.
“İlin ilk 6 ayında cəmi 176 hektar otlaq yanğına qurban gedib. Ən dəhşətli yanğı Kəbudərahəngdə baş verib. Orada 28 hektar ərazi yanıb. Radio və televizyonun faydalı reklamlarının yanğınların azalmasında təsiri çox olub”, – deyə o, bildirib.
Əlavə edib ki, Həmədan ustanında 2 min hektarlıq meşələşdirmə tərhi həyata geçib. İsfəndiyar Xəzayi bu idarənin bir ildə 1 milyon şüv yetişdirdiyini bildirib.
Bildirək ki, hər il Azərbaycanın hər tərəfində yanğınlar baş verir. Yüzlərcə ağacın kül olmasının əsas səbəbi millətin yetərincə meşə yanğınları haqqında bilgiyə sahib olmamasıdır.
Habelə, Azərbaycanda yanğın söndürməklə bağlı lazımi imkanların olmaması və hakimiyyətin bu yöndə ehmalkarlığı çoxlu xəsarətlərə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button