
Ermənistanda bəzi dadsitanları son günlər başlayan cinayət işlərinin araşdırılmasında iştirakdan imtina edirlər. Bunu “Qraparak” yazıb. Məqalədə qeyd olunub ki, Ermənistanın baş dadsitanı Artur Davtyan özünə sədaqətli adamlardan ibarət qrup yaradıb. “Qrupun tərkibinə baş dadsitanın müavini, Kotaykın dadsitanı, Baş dadsitanlığın Hüquqi nəzarət bölməsinin rəisi Arsen Martirosyan daxildir. Onlar siyasi karakterli işlərə baxmaqdan imtina edən dadsitanların səlahiyyətlərini öz üzərlərinə götürəcəklər. Gevork Baqdasaryanın Ermənistanın baş vəziri Nikol Paşinyana sui-qəsd hazırlanması ilə bağlı məhkəməyə təqdim olunan işin baxış prosesində iştirak etməsi buna sübutdur”, -deyə qəzet bildirib. Ermənistanda dadsitanların siyasi yönlü cinayət işlərini araşdırmaqdan imtina etməsi “qiyam” kimi dəyərləndirilir.