Azərbaycanİran

Təbrizdə həbs edilən daha bir fəalın kimliyi müəyyənləşdirilib

Nima Rəhimi oktyabrın 26-da keçirilən etiraz aksiyasında saxlanılıb.

Oktyabrın 26-da Təbrizdə keçirilən etiraz aksiyasında təhlükəsizlik məmurları tərəfindən saxlanılan 20 yaşlı Nima Rəhiminin harada saxlanıldığı və sağlıq durumu barədə məlumat əldə etmək mümkün olmur.

Onun ailəsinin əlaqədar qurumlara müraciətlərinin cavabsız qalması, onların Nima Rəhiminin sağlamlıq durumu barədə nigəranlıqlarını artırıb.

Qeyd edək ki, azərbaycanlı vəkil Sina Yusifinin bir müddət öncə verdiyi məlumata görə, İranda etiraz aksiyalarının başlanmasından keçən 25 gün ərzində Təbrizdə 1700 nəfər həbs edilib.

Onlardan bəziləri girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılsalarda, çoxunluğu barələrində dəqiq ittiham irəli sürülmədən həbsdə saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button