Azərbaycan

Təbrizin bələdiyyə başçısı Abbas Rəncbər işdən çıxarıldı

Fevralın 19-u səhər saatlarında Təbriz Şəhər Şurasının üzvlərinin bundan öncə bələdiyyə başçısı Abbas Rəncbər barədə irəli sürdükləri impiçment məsələsi ilə bağlı toplantı keçirilib.

Toplantıda bələdiyyə başçısının müdafiə çıxışı Şəhər Şurasının üzvləri tərəfindən qəbul edilmədiyi üçün onun vəzifədə qalıb-qalmaması ilıə bağlı səsvermə keçirilib.

Səsvermə nəticəsində 9 əleyhinə və 4 leyhinə olmaqla bir neçə ay bundan öncə vəzifəyə təyin olunan bələdiyyə başçısı Abbas Rəncbər vəzifəsindən uzaqlaşdırılıb.

Bundan bir neçə gün öncə Təbriz Şəhər Şurasının başçısı Rəsul Bərgi problemlərin danışıq yolu ilə həllinə dair təkliflərə münasibət bildirib və demişdi ki, bələdiyyə başçısının əməlləri bundan sonra onunla birgə fəaliyyət göstərməyi imkansız edir.

“Bələdiyyə başçısı Rəncbərin impiçmentinə əsas səbəb Şəhər Şurası ilə qarşılıqlı əlaqə və əməkdaçlıq münasibətlərində olmaması, seçildiyi gündən göstərdiyi fəaliyyətin yetərsiz olması və bir sıra problemli təyinatlar barədə qərar verməsidir”-deyə, Şəhər Şurasının başçısı Rəsul Bərgi onun işdən çıxarılacağı ilə bağlı proqnoz vermişdi.

Related Articles

Bir cavab yazın

Back to top button