İran

Dövlət büdcəsi ilə bağlı iradlar açıqlanıb

Nigəhban Şurası 1400-cü il dövlət büdcəsi ilə bağlı çoxlu iradların olduğunu açıqlayıb. Məsələyə İslami Şura Məclisinin Büdcə Komisionunun üzvü Cabbar Kuçekinijad aydınlıq gətirib. Məlumata görə, Nigəhban Şurası ölkə üzrə 1400-cü ilin büdcə layihəsi barədə araşdırmalar aparıb. Nəticədə bu layihənin hələ 4-cü təbsirəsinə qədər 60 əsaslı yanlışlığın olduğu bildirilib. Araşdırmanın yekunlarınadək təxminən 200 xətanın olacağı gözlənilir.
Qeyd edək ki, qarşıdakı il üzrə dövlət büdcəsi layihəsi məclisdə bir neçə həftə müzakirə olunub. Sənəddə müvafiq dəyişiklilər edilərək təsvib olunması üçün isfəndin 17-də Nigəhban Şurasına göndərilib. Cənab Kuçekizadənin sözlərinə görə, layihə ilə bağlı bu qədər iradın qeydə alınması ilk dəfə görülüb.
Nigəhban Şurasının sözçüsü Abbasəli Kədxudai də məsələyə münasibət bildirib. O, büdcə layihəsində bir sıra dəyişikliklər ediləcəyini diqqətə çatdırıb. Bildirək ki, dövlətin irəli sürdüyü büdcənin ümumi məbləği 854 min milyard tümən nəzərdə tutulub. Bu ilin dövlət büdcəsində isə yüzdə 50 artım var.

Related Articles

Bir cavab yazın

Back to top button