Dünya

Ərəbistan rəsmisi: “İran beynəlxalq qanunları pozur

İran rejimi yaraqlılara dəstək verməklə bölgəni təhdid edir. Eyni zamanda qanunsuz silahlı birləşmələr bir çox bölgə ölkələrində qarışıqlığa və iğtişaşlara səbəb olub. Bu barədə Ərəbistanın Xarici İşlər Vəzirliyinin ötən gün yaydığı açıqlamada bildirilib.
Vəzir Feysəl bin Fərhan Ərəb Birliyinin xarici işlər vəzirlərinin görüşündə iştirak edib. O, çıxışı zamanı İran rejiminin ölkələrin əmniyyəti üçün təhlükə yarada biləcəyini vurğulayıb.
“Bölgəmizin qarşılaşdığı ən böyük xətər, İran rejiminin ölkələrimizin əmniyyətini və sabitliyini təhdid etmək hədəfi ilə beynəlmiləl qanunları, razılaşmaları və qaydaları pozmağa davam etməsidir. Biz ərəb ölkələrinin daxili işlərinə hər hansı xarici müdaxilə ilə ciddi şəkildə mübarizə aparmalıyıq”, – deyə Feysəl bin Fərhan bildirib.
Ərəbistanın Xarici İşlər vəziri işğaldan əziyyət çəkən Fələstin xalqına dəstək göstərməkdə qəti olduqlarını dilə gətirib.

Related Articles

Bir cavab yazın

Back to top button