Dünya

NATO ölkələri Şimali Koreyanın raket və nüvə proqramını pisləyib

NATO ölkələri Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan ballistik raketlər və kütləvi qırğın silahları hazırlamaq proqramlarını pisləyib.

Bu barədə alyansın Vilnüsdə keçirilən sammitinin birinci gününün yekun bəyanatında deyilir.

“Biz KXDR-in BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozan ballistik raket və kütləvi qırğın silahları proqramlarını qəti şəkildə pisləyirik”, – sənəddə bildirilir.

NATO dövlətləri Pxenyanı dialoqa qayıtmağa və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələblərinə əməl etməyə çağırıb. Alyans, həmçinin Şimali Koreyanı ABŞ, Koreya Respublikası və Yaponiyanın dialoq dəvətlərinə müsbət cavab verməyə səsləyib.

“Hind-Sakit okean regionu NATO üçün vacibdir, çünki orada baş verən hadisələr Avro-Atlantik regionda təhlükəsizliyə birbaşa təsir edə bilər.

Biz Asiya-Sakit Okean regionundan olan tərəfdaşlarımızın – Avstraliya, Yaponiya, Yeni Zelandiya və Koreya Respublikasının Avro-Atlantik regionun təhlükəsizliyinə, o cümlədən Ukraynanı dəstəkləmək öhdəliyinə töhfəsini alqışlayırıq”, – bəyanatda qeyd edilir. (report)

Related Articles

Bir cavab yazın

Back to top button