
Bunu Əli Xaməmeinin ofisinin orqanı olan Keyhan qəzeti yazıb.
“Ona görə də rəsmi şəkildə elan etməlidirlər ki, Qrossi İrana daxil olduqdan sonra, Mossadın xeyrinə casusluq etdiyinə və ölkəmizin məzlum xalqının qətlində iştirak etdiyinə görə mühakimə və edam olunacaq”,- qəzet bildirib.
Qəzetin bu təklifi, bəzi İran rəsmilərinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin başçısı Rafael Qrossini İranın nüvə proqramı barədə məlumatları Mossada ötürməsi barədə iddialarından sonraya təsadüf edir.
Qeyd edək ki, “Keyhan”ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub.
Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın – SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.





