İran

Güney Azərbaycanda koronavirusla bağlı son vəziyyət

Son günlər həyata keçirilən bir sıra tədbirlərə baxmayaraq, Güney Azərbaycan şəhərlərində koronavirusla bağlı təhlükə azalmır. Son 24 saatda Zənganda 80 nəfər koronavirusa tutulub, 69 nəfər müalicə olunaraq sağalıb. Test nəticələri müsbət çıxmış 11 məriz isə mərizxanaya yerləşdirilib. Məsələ ilə ilgili Zəngan ustanının Sağlıq Sistemi məlumat yayıb. Bildirilib ki, yoluxmanın başladığı çağdan bəri ümumilikdə 42 398 nəfər mərizliyə yoluxub. Rəsmi amara görə, 1011 nəfər isə virusdan həyatını itirib. Ancaq İran məsullarının əhaliyə real göstəricilərlə bağlı məlumat verməməsi mərizliyin yayılma ardıcıllığının daha yüksək olduğunu deməyə əsas verir.
Bu durum Təbriz üçün də keçərlidir. Belə ki, Təbriz şəhəri koronavirusa yoluxma və bu mərizlikdən ölüm amarına görə “sarı” məntəqə hesab edilir. Bu barədə Təbrizin Ulum Pezeşki Sazimanının rəisi Abbasəli Dorosti bilgi verib. Onun sözlərinə görə, demək olarki durum biraz yaxçılaşıb. Çünki son amarlarda virusa yoluxanların sayında azalma görünür. Abbasəli Dorosti bildirib ki, virusdan gündəlik ölüm sayı 10 nəfərə qədərdir. Hazırda Şərqi Azərbaycan ustanının mərizxanalarında 600-ə yaxın şəxs müalicə alır. Acil durum olmadığı halda koronavirusa yoluxmuş şəxslərə evdən çıxamamaq tövsiyə edilir. Bu iş virusa yoluxma və mərizlikdən ölənlərin kəskin azalmasında ən yaxşı vasitədir.

Related Articles

Bir cavab yazın

Back to top button