Dünyaİran

“The New York Times”: “İsrail və İran arasında dəniz mübarizəsi aktivləşib”

Son illər İsrail və İran arasında dəniz mübarizəsi fəallaşıb və hər iki ölkə bir-birinin gəmilərinə bir sıra hücumlar təşkil edib. Bu barədə “The New York Times” qəzeti yazıb. “İsrail və İran uzun illərdir ki, Orta Şərqdə, əsasən də quruda və havada gizli savaş aparırdılar. Hazırda isə Aralıq dənizi və Qırmızı dənizdəki gəmilər də hücuma məruz qalır”, – deyə məqalədə qeyd olunub. Nəşrin rəsmi mənbəyə istinadən yazdığına görə, “İsrail 2019-cu ildən bəri Aralıq dənizinin doğusunda və Qırmızı dənizdə İran nəfti, habelə silahı daşıyan gəmilərə hücum edir. İran, göründüyü kimi, diqqəti cəlb etmədən gizli hücumlarla cavab verir. Qaynaqlar bildirir ki, 2019-cu ildən bəri İsrail qüvvələri İran yüklərini daşıyan azı 10 gəmiyə hücumlar təşkil ediblər. “Söhbət əsasən Suriyaya yanacaq və ya silah daşıyan gəmilərdən gedir. İranın cavabının miqyası bəlli deyil. Hücumların çoxu gizlli şəkildə həyata keçirilir”, – məqalədə belə deyilir. Nəşr qeyd edir ki, hər iki tərəf əsasən dəniz minlərindən istifadə edir. Eyni zamanda, məqalədə hər iki tərəfin açıq qarşıdurmadan çəkinməyə çalışdıqları bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button