Azərbaycan

Təbrizdə partlayış nəticəsində bina uçub: Ölən və yaralananlar var

"Aznews tv" xəbərinə görə, Təbriz şəhər Yanğından Mühafizə İdarəsi məlumat verib ki, binanın dağılması nəticəsində 3 nəfər həyatını itirib və yaralananlar var. Yaralananlar xəstəxanaya yerləşdirilib və hazırda dağıntılar altından xilasetmə tədbirləri davam etdirilir.

Güney Azərbaycanın Təbriz şəhərinin “Abbasi” küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində bina tamamilə dağılıb.

“Aznews tv”xəbərinə görə, Təbriz şəhər Yanğından Mühafizə İdarəsi məlumat verib ki, binanın dağılması nəticəsində 3 nəfər həyatını itirib və yaralananlar var. Yaralananlar xəstəxanaya yerləşdirilib və hazırda dağıntılar altından xilasetmə tədbirləri davam etdirilir.

Şərqi Azərbaycan vilayəti Böhran İdarətmə Mərkəzinin rəisi Məhəmmədbaqir Hünərbər bildirib ki, hadisə dünən, dekabrın 21-də binada qaz partlayışı nəticəsində meydana gəlib.

Şərqi Azərbaycan Təcili Tibbi Yardım İdarəsinin rəisi Fərzad Rəhmaninin dediyinə görə, dağıntılar altından xilasetmə qüvvələrinin səyləri nəticəsində 16 nəfər dağıntı altından çıxarılıb ki, onlardan da 2-si həyatını itirib.

Daha sonrakı çalışmalar nəticəsində daha bir nəfərin cansız bədəni də dağıntılar altından çıxarılıb.

Rəhmaninin verdiyi məlumata əsasən, yaralananlardan 5-i artıq evə buraxılıb, ikisinin vəziyyəti ağır olmaqla 9 nəfər hazırda xəstəxanaya yerləşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button