İran

Ermənistanda hər gün 300 İranlı vaksin vurdurur

İran-Ermənistan Birgə Ticarət Odası başqanı deyib: “Ermənistanda hər gün 250-300 iranlıya koronavirus vaksini vurulur ki, bu da qabaqkına nisbət azalıb”.

Hervik Yarcanyan “yjc.news” saytına açıqlamasında iranlıların Ermənistana getməsinin ölkədən nə qədər xarici ərz çıxmasının dəqiq bəlli olmadığına toxunaraq qeyd edib: “Məsələn, Türkiyə ilə müqayisə etmək istəsək, iranlılar Türkiyəyə Ermənistandan qat-qat çox səyahət etsələr də, əmələn bu ölkədə vaksin vurdura bilmirlər. Halbuki, Ermənistan pulsuz vaksinasin vurmaqdan çəkinmir”.

O artırıb: “Ermənistana səfər edənlərin vaksinasiya edilməsinə dair qanun təsvib edilən kimi Ermənistana gedən iranlı turistlərin sayı birdən-birə artdı və İrandan Ermənistana bütün uçuşlar səhər tezdən gerçəkləşdirildiyindən, iranlılar səhər saatlarında bu ölkəyə gedir və gecə İrana qayıdırdılar”.

Bildirək ki, İran hökuməti Qərb ölkələrində düzəlmiş vaksinlərin ölkəyə gətirilməsinə qadağa qoyduğundan son aylarda İran vətəndaşlarının koronavirusa yoluxma və ölüm sayı kəskin artıb. Belə ki, rəsmi rəqəmlərə görə, hər gün ölkədə 40 min insan virusa yoluxur və 650-700 nəfər ölür. Bundan qorxuya düşən İran vətəndaşları bir an öncə vaksin vurdurmaq üçün günlərlə Ermənistan sınırında gözləməyə və acınacaqlı durumda İrəvan küçələrində yatmağa məcbur olurlar.

Related Articles

Bir cavab yazın

Back to top button