Bölgə

Tbilisidə etirazçılar parlamentin binasını bloklamağa başlayıblar

Tbilisidə etirazçılar parlamentin binasını bloklamağa başlayıblar.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar qanunverici orqanın girişlərindən birində çadır qurublar.

Etirazçılar çadırda gecələyəcəklərini bildiriblər. Aksiyaçılar qeyd ediblər ki, sabah deputatları parlamentə buraxmayacaqlar.

****

Gürcüstanın parlament binası qarşısında kütləvi aksiya davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, binanın önündəki Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Aksiyaçılar parlamentin qarşısına dəmir qəfəs gətiriblər. Qəfəsdən hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin fotoşəkli asılıb.

Etirazçılar bildiriblər ki, B.İvanişvili xalqı aldatmaqda davam etsə və vədlərini yerinə yetirməsə, o, belə qəfəsə düşəcək.

Aksiyada həmçinin B.İvanişvilinin fotoşəklinin olduğu müqəvva başıaşağı salladılıb.

****

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda müxalifət liderləri bir qrup aksiya iştirakçısı ilə birgə Birinci Respublika Meydanından parlamentə qədər yürüş edir.

Müxalifətçilər və ictimai fəalların təşkil etdikləri aksiyanın tələbi 2020-ci il parlament seçkilərinin proposional sistem üzrə keçirilməsidir.

Aksiyaya bölgələrdən də iştirakçılar qatılıb. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tələbələri də yürüş edərək aksiyaya qoşulacaqlar.

Mitinq təşkilatçıları parlamentə girişləri bloklayacaqlarını və deputatların sabahkı iclasda iştirak etmələrinə imkan verməyəckərini elan ediblər.

Parlament ətrafına çox sayda polis əməkdaşları cəlb olunub.

Related Articles

Bir cavab yazın

Back to top button