İran

Quterreş: “İran nüvə razılaşmasının tam icrasına başlamalıdır”

Birləşmiş Millətlər Təşkilatının Baş dəbiri Antonio Quterreş İranı atom anlaşmasının tam həyata keçirilməsinə qayıtmağa çağırıb. Habelə İrandan atom proqramı və ballistik raketləri ilə bağlı nigaranlıqlara aydınlıq gətirməsini istəyib. Dəbir çərşənbə axşamı Əmniyət Şurasına göndərdiyi məktubda Tramp dövlətinin atom razılaşmasından çıxaraq İranı yenidən təhrim etməsini diqqətə çatdırıb. İranın keçən il santrifyuj və zənginləşdirilmiş uranyom alanında atom anlaşmasından irəli gələn məhdudiyyətləri pozması təsmimindən təssüfləndiyini bildirib. “Associated Press” xəbər verir ki, Quterreş atom anlaşmasının təyidi olaraq qəbul edilən 2231 saylı qətnamənin yerinə yetirilməsinə dair quzarişində bildirib: “Birləşmiş Millətlər Təşkilatının əldə etdiyi məlumatlara görə, təhrim altında olan bir qurum təhrimlərə zidd addımlara əl atıb. İrana ballistik raketlərin və fəza buraxıcı dəstqahların maye yanacağının yoxlanılmasında istifadə edilən klapan, elektronik və ölçü avadanlıqları göndərib. Birləşmiş Millətlər Təşkilatı bunlarla bağlı İrandan daha çox bilgilər əldə etməyə çalışır”.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Əmniyət Şurasının məsələni 22 dekabrda müzakirəyə çıxarması planlaşdırılır.

Related Articles

Bir cavab yazın

Back to top button