İran

Ərdəbildə koronavirusla bağlı son vəziyyət

Son 24 saatda Ərdəbil əyalətindəki tibb mərkəzlərinə 27 koronavirus mərizi yerləşdirilib və bir nəfər ölüb. Ərdəbil Tibb Elmləri Danişqahı rəisinin sözlərinə görə, onların 19-u Ərdəbil, 4-ü Qoçkəndi, 2-si Germi və 2-si isə Xalxaldandır. Şəhram Həbibzadə bildirib ki, bu şəxslərdən 20-də koronavirusun “Britaniya növü” bəlli edilib. Sağlıq mərkəzlərində müalicə olunan 28 nəfər isə evə buraxılıb. Məlumata görə, hazırda mərizxanaya yerləşdirilənlərin ümumi sayı 180 nəfərdir. Onların 52-si ICU-da müalicə olunur. Danişqah rəsmisi qeyd edib ki, Nir, Nəmin, Səreyn, Kovsər, Germi, Biləsuvar, Aslandüz şəhərlərində koronavirusla ilgili durum göy, Ərdəbil, Xiyav, Qoçkəndi və Xalxalda isə sarı elan edilib.

Related Articles

Bir cavab yazın

Back to top button