Dünyaİran

Amerikada bir iranlı-amerikalı vətəndaş həbsxanaya salınıb

Amerikanın Meriland Ştatının hakimi məhkum olunmuş iranlı-amerikalı vətəndaş Bəhruz Muxtarinin həbsxanaya salınması əmrini verib.

Qeyd edək ki, Bəhruz Muxtari “İrana qarşı sanksiyaları pozmaq” məqsədilə gizli sövdələşməkdə ittiham olunub.
72 yaşlı Muxtari iyunun 25-də 41 ay federal həbsə və evində 3 ilədək elektron nəzarətə məhkum olunub.

Həmçinin məhkumluq müddətini keçirmək üçün ona sentiyabrın 11-dək özünü təslim etməyə vaxt verilib.
Hakimin çıxardığı hökmdə ona hər hansı pasportun və yaxud səfər sənədinin verilməsi qadağan olunub. Lakin Muxtarinin evində axtarış zamanı onun pasport almaq üçün ərizəsi aşkarlanıb.

Ərizədə pasport almaq məqsədilə İran Səfirliyinə müraciət olunub. Muxtari pasportu almaq üçün ərizə yazdığını etiraf edib.

Hökmün tələblərini pozduğuna görə Meriland Ştatının Məhkəməsi onun vaxtından əvvəl həbsxanaya köçürlüməsinə qərar verib.

Related Articles

Bir cavab yazın

Back to top button