“Facebook” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
Məlumatı populyar internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı yayıb.
Bildirilir ki, sosial şəbəkədəki problemlər ABŞ-ın şərq sahilyanı ərazilərindəki şəhərlərdə yerli vaxtla saat 21:31-də (Bakı vaxtı ilə saat 06:31) müşahidə olunmağa başlayıb.
“Facebook”un işindən Birləşmiş Ştatlarla yanaşı, Niderland və Böyük Britaniyada da şikayətlənirlər.
Sosial şəbəkə istifadəçilərinin təxminən 56 faizi hesablarında problemlərin yaranmasından, daha 25 faizi Facebook-un tamamilə işləməməsindən, 18 faizi isə paylaşım lentinə baxa bilməmələrindən gileyləniblər.