Azərbaycan

Ermənistanda 20 yaşlı azərbaycanlı gəncə ömürlük həbs cəzası verilib

Ermənistanda həbs olunan Azərbaycan əsgəri Hüseyn Axundovun cəzası artırılıb.

Apellyasiya Cinayət Məhkəməsində hakim Qriqor Hovhannisyanın sədrliyi ilə keçirilən prosesdə birinci instansiyanın hökmü ləğv edilib.

Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirli bilinib. Onun barəsində ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Azərbaycan Ordusunun əsgərləri – 19 yaşlı Aqşin Qabil oğlu Bəbirov və 20 yaşlı Hüseyn Əhliman oğlu Axundov 2023-cü il aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Sonradan onların yolu azaraq Ermənistan ərazisinə keçdikləri məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Hüseyn Axundov 2023-cü ilin iyun aynında keçirilən qondarma məhkəmə zamanı 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button