İran

Sarabda ticarət mərkəzləri və bazarlar bağlanıb

Sarabda koronavirusla bağlı mövcud vəziyyəti nəzərə alaraq, bazarların, pasaj və ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Məhdudiyyətlər 2, 3 və 4-cü kateqoriyaya aid iş yerlərinə də şamil edilib. Yeni karantin qaydalarına əsasən, toy və yas mərasimlərinin keçirilməsi qadağandır.
Koronavirusla Mübarizə Milli Qərargahından verilən məlumata görə, hazırda Sarab qırmızı zona hesab edilir.
Qeyd edək ki, Sarab şəhəri Ərdəbildən 86 kilometr qərbdə, Təbrizdən 134 kilometr şərqdə, Miyanadan isə 185 kilometr aralıda yerləşir.

Related Articles

Bir cavab yazın

Back to top button