Dünya

Hakerlər Avropanın bank sistemini iflic etdi

Rusiyanın məşhur "Killnet" haker qrupu və onların "Anonymous Sudan" adlı qrupdan olan həmkarları Avropa İnvestisiya Bankına (AİB) hücumlar ediblər.

Qeyd edilir ki, bu, Avropanın bank sisteminə genişmiqyaslı kiberhücumun birinci mərhələsi adlandırılıb.

Hakerlər Apple, Huawei və Microsoft müştərilərinin parollarını oğurladı“Zərərli proqramların ötürülməsi nəticəsində Avropa İnvestisiya Bankının şəbəkə infrastrukturu iflic edilib.

Bizdə olan məlumata görə, bütün bank və onun funksionallığı ən azı on gün işlək vəziyyətdə olmayacaq”, – Hücumla bağlı açıqlama yayan “Killnet” nümayəndələri deyiblər.

Azvision-un məlumatına görə, hakerlər qeyd ediblər ki, bu hücum “Killnet” və onun müttəfiqlərinin keçmişdə tez-tez tətbiq etdiyi metodlarla – “DDoS”la reallaşdırılmayıb.

Qrup üzvlərindən birinin sözlərinə görə, onların son fəaliyyətləri nəticəsində nəinki bu nəhəng maliyyə qurumunun saytı, hətta işçilər üçün nəzərdə tutulmuş daxili portal da fəaliyyətini dayandırıb.

“Killnet”in məlumatında o da vurğulanır ki, hər gün yeni mühüm obyektlərə hücumlar olacaq.

Getdikcə bu əməliyyatların sayı artacaq: “Sabah bir neçə maliyyə qurumuna qrup şəklində hücumlar həyata keçiriləcək”. Hakerlər Avropa bankından əl çəkməyəcəklərini də bəyan ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button