İran

Ərdəbildə daha 99 nəfər xəstəxanaya yerləşdirilib

Ərdəbildə koronavirusla bağlı vəziyyət qorxunc həddə çatıb. Belə ki, rəsmi amarlara əsasən, daha 99 nəfər koronavirusa yoluxmadan mərizxanaya yerləşdirilib. Son 24 saatda 6 nəfər isə təhlükəli virusdan həyatını itirib. Məsələ ilə bağlı Ərdəbil Tibb Elmləri Universitinin rəisi Şəhram Həbibzadə açıqlama verib. Onun sözlərinə görə, mərizxanaya yerləşdirilənlərdən 64-ü Ərdəbil, 17-si Qoç qışlağı, 5-i Xiyo, 5-i Germi, 4-ü Nəmin, 8-i isə Xalxal sakinidir. Bundan başqa, 85 nəfər sağalaraq evə buraxılıb.
Hazərda əyalətin sağlıq mərkəzlərinə yerləşdirilən ümumi mərizlərin sayı 550 nəfərdir. Onlardan 77-si ICU bölməsində müalicə alır.
Şəhram Həbibzadə bildirib ki, indiki durumda Ərdəbil, Nəmin, Qoç qışlağı, Biləsuvar, Aslandüz, Germi, Xiyo, Səreyn və Xalxalal şəhərləri qırmızı, Nir lə Küyü bölgələri isə narıncı məntəqə elan olunub.

Related Articles

Bir cavab yazın

Back to top button