İran

İranlı din xadimi: “Armita Gəravəndlə bağlı insident diqqətlə araşdırılsın və təqsirkar cəzalandırılsın!”

Zahidan şəhərinin sünni cümə imamı Moləvi Əbdülhəmid Tehran metrosunda “Əxlaq” polisi tərəfindən məcburi hicaba görə zorakılığa məruz qalan Armita Gəravənd adlı gənc qızın komaya düşməsinə münasibət bildirib.

O, hökumətdən bu məsələdə diqqətli araşdırma aparılmasını və cinayətkarın tutulmasını tələb edib.

Moləvi Əbdülhəmid məcburi hicab siyasətini həyata keçirmək missiyası daşıyan “Əxlaq” polisini tənqid edərək deyib:

“Armitanın komaya düşməsi bütün İran xalqını, o cümlədən dünyanı narahat edib. Burada qanun pozuntusuna yol vermiş hüquq-mühafizə orqanının əməkdaşı barəsində tədbir görülməlidir”.

“Ölkəyə sülh gətirəcək yeganə amil ədalətin bərqərar olması və günahkarların cəzalandırılmasıdır”, – deyə din xadimi vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button