Azərbaycanİran

Güneydə Urmu gölü ilə bağlı aksiyalar keçirilir

Güney Azərbaycan Xoy, Urmu, Təbriz və Xiyav (Meşginşəhr) şəhərində Urmu (Urmiya) gölünün qurudulması və bərpaişlərinin aparılmaması ilə bağlı aksiyalar keçirilib.

Fəalar, adı çəkilən şəhərlərin ictimai məkanlarında Urmiya gölünün acınacaqlı durumunu əks etdirən posterlər, yazılı vərəqələr yayıb, divarlara şüarlar yazıblar.

“Urmiya gölünün qurudulması hər bir azərbaycanlı üçün faciədir”, “#Urmu_ Araz_ üçün birlik” və başqa bu kimi şüarlar yazılıb, qrafittlər çəkilib.

Qeyd edək ki, hazırda 90%-dən çoxu quruyan Urmu gölü Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir.

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.

Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilometr olub.

Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Related Articles

Bir cavab yazın

Back to top button