azAzərbaycan

Ərdəbilli milli fəal aclıq aksiyasını dayandırdı

O, ailəsi ilə telefon danışığı zamanı bu barədə məlumat verib.

Dekabrın 22-də ərdəbil zindanına salınan və yanvar ayının 2-dən aclıq aksiyasına başlayan ərdəbilli milli fəal Əfşar Moheb yanvarın 5-i axşam saatlarında ailəsi ilə qısa telefon danışığı zamanı aclıq aksiyasını dayandırdığını deyib.

O, zindan rəhbərliyinin onun girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılması istiqamətində iş apardıqlarını, əlaqədar qurumlara məktub ünvanladıqlarını və istəyi ilə razılaşılacağı barədə söz verdiyi üçün alsiyaya son verdiyini söyləyib.

Qeyd edək ki, ərdəbilli milli-mədəni fəal Əfşar Mohib dekabrın 22-i günortadan sonra yaxınları ilə telefon əlaqəsi saxlayaraq həbs olunduğunu bildirib.

O, Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “sistemə qarşı təbliğat aparmaqda” və “hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğunu və Ərdəbilin mərkəzi zindanına köçürüldüyünü deyib.

Milli fəal Ərdəbil zindanının karantin bölməsinə qəbul edildiyini və barəsində 50 milyon tümənlik girov qərarı çıxarıldığını qeyd edib.

Əfşar Muhib qısa telefon danışığı zamanı həbs olunma səbəblərini izah edə bilməsə də, yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button