İran

İran britaniyalı ekoloqu Murad Tahbaz girov qarşılığında azadlığa buraxıb

2018-ci ildən həbsdə olan, İran-İngiltərə vətəndaşı, tanınmış ətraf mühit fəallarından biri olan Murad Təhbaz müvəqqəti olaraq məzuniyyətə göndərilib.

“Reuters” xəbər agentliyi Təhbazın vəkili Höccət Kirmaniyə istinadən bildirib ki, onun müvəkkili elektron qandalla müvəqqəti sərbət buraxılıb.

2018-ci ildə “İranın milli təhlükəsizliyini təhdidə” görə 8 nəfər – Nillufər Bayani, Tahir Qadirian, Əmir Hüseyn Xaleqi, Human Coukar, Sepideh Kaşani, Abdulrza Kuhpaye, Sem Rəcəbi və Murad Taxbaz həbs edilmişdi.

Qeyd edək ki, İran rejimi son illər ölkəyə səfər edən bir sıra xarici vətəndaşları, o cümlədən də ikili vətəndaşlığı olan şəxsləri həbs etməklə, onlardan bəzilərini Avropa və Amerika zindanlarında saxlanılan özünə bağlı məhbuslarla mübadilə edib.

Qərb ölkələri isə bildirirlər ki, İran rejimi xarici ölklərin vətəndaşlarını və ikili vətəndaşlığı olan şəxsləri əsassız ittihamlarla girov götürməklə, onların azadlığa buraxılması qarşılığında xarici dövlətlərdən imtiyaz almağa çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button